İstifadə Yaşı
Araşdırmalar, sosial mediyanın uşaqların zehni, emosional və sosial inkişafları üzərində əhəmiyyətli təsirləri olduğunu göstərir. Bu səbəbdən bir çox sosial media platforması, istifadə yaş həddini 13 olaraq təyin etmişdir.
13 Yaşdan Kiçik Uşaqlar Üçün Sosial Media Riski
- Platformalar 13 yaşından kiçik uşaqların sosial media hesabı açmasına icazə vermir.
- Uşaqlar yaşlarını böyük göstərərək hesab açdıqda, bu vəziyyət həm qaydalara ziddir, həm də uşaq ilk addımda dürüstlük prinsipindən uzaqlaşmış olur.
- İnkişaf baxımından bu yaş qrupu, rəqəmsal dünyada qarşılaşa biləcəyi riskləri düzgün qiymətləndirəcək idrak yetkinliyinə sahib deyil.
Valideynlərin Rolu
- 13 yaşdan kiçik uşaqlar, sosial mediadan yalnız valideyn nəzarətində, eyni ekrana birlikdə baxaraq və məzmunlar haqqında danışaraq istifadə edə bilərlər.
- Bu prosesdə, uşaqla birlikdə məzmunlar haqqında söhbət etmək, doğru-yanlış fərqini öyrətmək və təhlükəsiz internet istifadəsi vərdişi qazandırmaq vacibdir.
13 Yaşdan Böyük Uşaqlar Üçün Təhlükəsizlik Ayarları
- İzləyici siyahısı: Uşağınızı kimlərin izləyə biləcəyini valideyn təyin etməlidir.
- Paylaşımlar: Foto və videolar yalnız tanınan şəxslərlə paylaşılmalıdır.
- Şərh və mesaj icazələri: Yalnız etibar edilən şəxslər şərh yaza və ya mesaj göndərə bilməlidir.
- Məkan paylaşımı: Çox tətbiqdə məkan xüsusiyyəti var; bu ayar bağlı saxlanılmalıdır.
Psixoloji Perspektiv
- Sosial mediada hər foto və ya paylaşım, eynilə evinizin qapısını hər kəsə açmaq kimidir. Uşaqlarınızın məxfiliyini qorumaq, onların təhlükəsizlik hissini və özünə hörmətini gücləndirir.
- Erkən yaşda sosial media istifadəsi, uşaqlarda diqqət dağınıqlığı, müqayisə yolu ilə aşağı mənlik hissi və kiberzorbalıq riskini artıra bilər.
- Valideynlər, bu prosesi qadağan etmək əvəzinə rəhbərlik edən və birlikdə kəşf edən bir mövqe ilə idarə etməlidirlər.
Rəqəmsal dünyada uşaqlarınızın təhlükəsizliyi, əvvəlcə sizin məlumatlılığınızla başlayır.